Sabirabadda qəza: Dörd nəfər xəsarət aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaragüney kəndindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil “Opel” markalı avtomobilə dəyərək yolun kənarındakı kanala aşıb, oradan da kanalın digər sahilinə yuvarlanıb.

Nəticədə avtomobildə olan İmişli rayonunun Boşçalılar kənd sakinləri, 1963-cü il təvəllüdlü Bayram Saday oğlu Cəfərov, 1968-ci il təvəllüdlü Sevil Usub qızı Nuriyeva, 1996-cı il təvəllüdlü Seymur Bayram oğlu Cəfərov (sürücü), 1995-ci il təvəllüdlü İlkin İlqar oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Bayram Cəfərovun vəziyyətinin ağır olduğu qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

0.11538100242615