AVRO-2024: Türkiyə millisi final mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində VIII turun daha beş oyunu keçirilib.

hakimiyyet.az xəbər verir ki, Türkiyə millisi öz meydanında Latviya ilə qarşılaşıb.

Görüş “ay-ulduzlular”ın böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Yunus Akgün, dubl edən Cenk Tosun və Kerem Aktürkoğlu vurublar.

D qrupunun digər oyununda Uels evdə Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Türkiyə millisi 16 xalla vahid liderdir. Uels və Xorvatiya 10 xalla müvafiq olaraq, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

A qrupunda yer alan İspaniya millisi səfərdə Norveçə minimal hesabla qalib gəlib. 49-cu dəqiqədə Qavinin vurduğu qol matçda yeganə olub.

Xallarını 15-ə çatdıran ispanlar Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər.

Şotlandiyanın da eyni qədər xalı var və onlar da final biletini əldə ediblər. 10 xalı olan Norveç şansını itirib.

E qrupunun Polşa - Moldova oyununda qalib müəyyənləşməyib - 1:1.

I qrupunda isə Rumıniya Andorranı 4:0 hesabı ilə darmadağın edib.

15.10.2023, 23:48

AVRO-2024-ün seçmə mərhələsində daha iki oyun keçirilib.

hakimiyyet.az xəbər verir ki, E qrupunda Çexiya öz meydanında Farer adaları ilə qarşılaşıb.

Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 11-ə çatdıran Çexiya qrupda ikincidir. Farer adaları bir xalla sonuncu - 5-ci pillədə qərarlaşıb.

I qrupun İsveçrə - Belarus matçında isə qalib müəyyənləşməyib. Altı qolun vurulduğu qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Hazırda İsveçrə 15 xalla ikinci, Belarus altı xalla beşincidir.

19:02

AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib.

hakimiyyet.az xəbər verir ki, A qrupunda Gürcüstan millisi öz meydanında Kipri darmadağın edib - 4:0.

Qolları Otar Kiteişvilo, Xviça Kvaratsexeliya, Levan Şengeliya və penaltidən fərqlənən Jorje Mikautadze vurublar.

Xallarını yeddiyə çatdıran Gürcüstan qrupda dördüncüdür. Hələ xal toplamayan Kipr sonuncu - beşinci pillədə qərarlaşıb.

Faiq Tahirov

0.077800989151001