İmişlidə VAZ və BMW toqquşdu: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 3 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 22 radələrində İmişli rayonunun Murğuzallı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı VAZ-2106 və BMW markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Şakir Əbilov və avtomobildə olan onun nəvələri 2008-ci il təvəllüdlü Rəvanə Əfraz qızı Əbilova, 2006-cı il təvəllüdlü Rövşən Əfraz oğlu Əbilov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.10245084762573