“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə bağlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaqlar.

Klubun saytının yaydığı məlumata görə, imzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.

Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvələrini sınayacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcəklər.

0.062441825866699