Xarici diplomatlar Füzulidə Mirzə Uluqbəy adına məktəbdə olublar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistan, Rusiya, Rumıniya, Böyük Britaniya, Argentina, Litva, Braziliya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin səfirləri və diplomatları Füzulidə Mirzə Uluqbəy adına məktəbdə olublar.

Bu barədə foto sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 960 yerlik məktəb Özbəkistan hökuməti tərəfindən tikilib və özbək xalqı adından füzulililərə hədiyyə edilib.

Bu il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin iştirak ediblər.

0.081351041793823