Xəzər rayonunda avtomobil aşıb, sürücü yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1991-ci il təvəllüdlü Xəyal Gəncəli oğlu Şərifovun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.09748911857605