Hadrutda gənc energetiklər arasında birinci beynəlxalq peşə ustalığı yarışı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadrutda gənc energetiklər arasında birinci beynəlxalq peşə ustalığı yarışı keçirilib.

hakimiyyet.az xəbər verir ki, “Azərişıq” ASC-nin Hadrutda təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” I Beynəlxalq Peşə Ustalığı Yarışı keçirilib.

Tədbirə Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan energetiklərdən ibarət komandalar qatılıb.

Yarış iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları daha sonra açılış mərasimində iştirak etmək üçün Hadruta yola düşüblər.

Açılış mərasimində ölkələrin təqdim edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma işləri haqda məlumat verilib. Həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektroenergetikasının inkişafındakı müstəsna rolundan bəhs edən film nümayiş etdirilib. Rəsmi hissə başa çatdıqdan sonra gənc energetiklər arasında I Beynəlxalq Peşə Ustalığı Yarışına start verilib.

Qardaş ölkə Türkiyədən iki komanda “Uludağ” və “Başkənt” yarışlarda iştirak edib.

Yarışların ilk günündə elektroenergetikanın tarixi, inkişafı və müasir vəziyyəti mövzusunda tərtib olunan intellektual suallar cavablandırılıb. İntellektual yarış başa çatdıqdan sonra xarici qonaqlar istifadəyə verilən Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi ilə tanış olublar. Tədbir iştirakçılarına ən müasir avadanlıqlarla təchiz edilən mərkəz barədə ətraflı məlumat verilib.

Könül Cəfərli

0.065830945968628