UEFA yarımçıq qalan Belçika - İsveç matçı barədə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Brüsseldə baş verən terror aktına görə yarımçıq qalan Belçika - İsveç oyunu davam etdirilməyəcək.

UEFA yekun nəticə kimi matçın dayandırıldığı vaxt tabloda olan 1:1 hesabının qeydə alındığını açıqlayıb.

Xatırladaq ki, oyun oktyabrın 16-da Brüsseldə baş tutub. Qarşılaşma zamanı şəhərin mərkəzində terror aktı nəticəsində İsveç millisinin iki azarkeşinin həlak olması məlum olub. İlk hissə 1:1 hesabı ilə başa çatandan sonra oyun davam etdirilməyib.

Qeyd edək ki, belçikalılar 2024-cü il Avropa çempionatına vəsiqəni hələ bu oyundan əvvəl təmin etmişdilər.

Mənbə: TASS

0.072467803955078