Bakıda minik avtomobili yük maşınına çırpılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, qəza Zabrat-Balaxanı şosesində qeydə alınıb.

Əsgər Məmmədov idarəetməsində olan “AzSamand” markalı minik avtomobili ilə hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil əks istiqmətdə hərəkətdə olan Orxan Əliyevin idarə etdiyi “KamAZ”a çırpılıb.

Zərbə nəticəsində avtomobil yararsız hala düşüb. Salonda sıxılıb qalan Əsgər Məmmədov hadisə şahidlərinin köməkliyi ilə çıxarılıb. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Yolda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yola dağılmış yanacaq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təmizlənib.

0.076380968093872