Laçının 92 yaşlı sakini: “Gedib yurdumda əkinlə məşğul olacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaşımın çox olmasına baxmayaraq, gedib Laçında əkin-səpin işləri ilə məşğul olacağam”.

Bu sözləri “Report”a keçmiş məcburi köşkün, Laçının 92 yaşlı sakini Mahizər İbrahimova deyib.

“Doxsan iki yaşım var. Laçına qayıtmağıma hədsiz şadam. Yaşımın çox olmasına baxmayaraq, gedib Laçında əkin-səpin işləri ilə məşğul olacağam, mal-qara saxlayacağam”.

Keçmiş məcburi köçkün doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə sonsuz təşəkkürünü bildirib.

O, qeyd edib ki, həyat yoldaşı Laçını yenidən görmədən dünyadan köçüb:

“Laçını həyat yoldaşım, övladlarımla tərk etməyə məcbur olduq. Həyat yoldaşım müharibə əlili idi. Təəssüf ki, bu günü görmədi”.

“Çox həyəcanlıyam. Doqquz övladım var. Bəziləri ali təhsil alıblar, müxtəlif vəzifələrdə işləyirlər”, - deyə Mahizər İbrahimova qeyd edib.  

0.07939600944519