Kanak təmsilçisi: “Müstəmləkəçilik bir çox Qərb dövlətlərinin maraqlarına xidmət edir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müstəmləkəçilik siyasəti başqa ölkələrə və xalqlara hökmranlıq etməyə çalışan Qərbin bir çox fövqəldövlətlərinin maraqlarına xidmət edir”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Kanak təmsilçisi Devi Nikolas Bolo deyib.

“Müstəmləkəçilik siyasəti hökmranlığa can atan bir çox böyük Qərb dövlətləri üçün faydalıdır. Dominantlıq iqtisadiyyat və hərbi potensial üzərində tam nəzarət deməkdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, kanaklar ilk növbədə müstəmləkəçiliyə qarşı durmağa çalışırlar:

“Biz azad və müstəqil olmaq istəyirik. Yalnız bu yolla rahat şəkildə yaşaya bilərik”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

0.092211008071899