Şəmkirdə daş karxanasında ekskavator yanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “HİDROMEK 370” markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ekskavatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.

0.083683013916016