Naxçıvanda toy keçirilən restoranda yanğın olub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasında (NMR) toy keçirilən restoranda yanğın olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunublar.

0.1275999546051