Məşhur dünya ulduzlarından Fələstin-İsrail müharibəsi ilə bağlı atəşkəs çağırışı: “Bir can daha itirilmədən…”

Məşhur dünya ulduzları Fələstin-İsrail müharibəsi ilə bağlı sülh çağırışı ediblər.

Keyt Blanşett, Dua Lipa və Xoakin Feniks kimi məşhur sənətçilər ABŞ Prezidenti Co Baydenə zəng edərək İsraillə Fələstin arasında atəşkəs əldə edilməsini istəyiblər.

Məşhur sənətçilər “Atəşkəs üçün sənətçilər” adlı platforma yaradıblar.

“ABŞ prezidenti olaraq sizdən bir can daha itirilmədən Qəzza və İsraildə dərhal gərginliyin azaldılması və atəşkəslə bağlı çağırış etmənizi istəyirik”, - deyə Co Baydenə müraciət ünvanlayıblar.

Mənbə: Haber Global

0.083431959152222