Dağıstanda avtomobil Şəki sakinini vuraraq öldürüb

Dağıstanda Şəki sakinini avtomobil vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə Mahaçqala şəhərində baş verib.

Şəki rayon Orta Zəyzid kənd sakini, 1982-ci il təvəllüdlü Asim Rasim oğlu Nəbiyevi Mahaçqala şəhərində yolu keçmək istəyərkən avtomobil onu vurub. A.Nəbiyev hadisə yerindəcə ölüb.

Məlumata görə, 2 uşaq atası olan A.Nəbiyev bir müddət öncə Mahaçqala şəhərinə işləmək üçün gedib.

0.08309006690979