Qubada minik avtomobilləri toqquşdu: Ölən və yaralılar var - FOTO

Quba-Qəçrəş avtomobil yolunda ağır yol qəzası baş verib, iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

“Report”un məlumatına görə, VAZ-2107 və “İnfinity” markalı minik avtomobillərinin toqquşması nəticəsində Rzayev İlkin Şahin oğlu və 1994-cü il təvəllüdlü Salmanov Sübhan Şəhriyar oğlu ölüb,

1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü Sultanov Yaşar Vladislav oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.073529958724976