Alimlər ölən insanların tabutdakı hərəkətlərini qeydə alıblar

Avstraliya Tafonomik Eksperimental Tədqiqatlar Mərkəzinin alimləri parçalanma proseslərini öyrənmək üçün ölülərin tabutlarına kameralar quraşdırıblar və ölümdən sonra mərhumların “rəqslərini” - qolların və ayaqların qəribə hərəkətlərini qeydə alıblar.

Tafonomiya (ölü orqanizmlərin parçalanmasını öyrənən elm) paleobiosenozların və onların vasitəsilə keçmişin ekosistemlərinin (biosenozlarının), orqanizmlərin yaşayış şəraitinin bərpası üçün vacibdir.

Çəkilişlər 2,5 il davam edib. Kamera hər yarım saatdan bir işə salınıb və alimlər görüntülərdən vahid “film” tərtib ediblər. Kadrlarda ölən insanların qol və ayaqlarının hərəkət etdiyi görünüb. Tədqiqatçılar bunun mərhumun bədənində baş verən tafonomik proseslərlə bağlı olduğunu bildiriblər.

Tədqiqat müəllifləri izah ediblər ki, “parçalanma zamanı bədən mumiyalanır, bağlar quruyur, bu da qolların və ayaqların hərəkət etməsinə səbəb olur”.

Mənbə: gazeta.ru

0.094565868377686