Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı maşının sürücüsü dairəvi yolda hərəkətdə olarkən Azadlıq prospektindən gələn “Toyota” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Chevrolet”də olan sərnişin xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

0.077824115753174