ABŞ-dən olan politoloq: “Avropa Şurası Azərbaycana qarşı bəyanatlar verməklə mənəvi prinsipləri itirdi”

“Avropa Şurası Azərbaycan əleyhinə bəyanat verməklə özünün mənəvi prinsiplərini tamamilə itirdiyini nümayiş etdirir”.

Bunu “Report”a açıqlamasında ABŞ-dən olan politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Ekspertin fikrincə, Avropa Şurasının Nazirlər Komitəsi Avropanın əsas strateji müttəfiqi - Azərbaycanla qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərindən uzaqlaşıb:

“Avropa Şurasının sədri Şarl Mişel, Belçikanın xarici işlər naziri Hadija Labib, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna və bir çox digər yüksək vəzifəli avropalı diplomatlar beynəlxalq humanitar hüquqa hörmət etmək və qorumaq iqtidarında olmadıqlarını nümayiş etdiriblər”.

Politoloq vurğulayıb ki, Fransa və Belçika diplomatları BMT-nin İnsan Hüquqları Şurasında öz hökumətləri tərəfindən son illər təsdiq edilmiş bir çox humanitar qanunlara riayət etməkdən imtina edirlər.

Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İttifaqı nümayəndə heyətinin 18 oktyabr tarixli anti-Azərbaycan bəyanatı təkcə qərəzlə dolu deyil, həm də açıq şəkildə Qarabağda çoxlu cinayət törətmiş erməni terror qruplaşmalarına dəstək ortaya qoyur.

0.081760883331299