Şəmkirdə fərdi yaşayış evində baş verən yanğın söndürüldü - YENİLƏNİB + FOTO

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildriilib ki, yanğın Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22:01

Şəmkirdə yanğın hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alnıb.

Kənd sakininə məxsus 400 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın zaman bir “Mercedes”markalı minik maşını da yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

0.081362962722778