Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Xətai rayonunda 27 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ceyhun Əliyev Bayram oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.056389093399048