ABŞ-də atışma nəticəsində 22 nəfər həlak olub, onlarla yaralı var - VİDEO

ABŞ-nin Men ştatının Luisvil şəhərində atışma nəticəsində 22 nəfər həlak olub, 60-dək insan yaralanıb.

“Fox News” telekanalının məlumatına görə, restoran, mağaza və əyləncə mərkəzində cani insanlara atəş açıb.

Polis atəş açan şəxsin kimliyini təsbit edib. Bu, 40 yaşlı Robert Kard adlı şəxsdir. Onun hələ də ələ keçmədiyi bildirilir.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilməyib.

ABŞ Prezidenti Co Baydenə vəziyyət barədə məlumat çatdırılıb.

 

0.071125984191895