Bakıda yük avtomobilini təmir edən şəxs kuzanın altında qalaraq ölüb

Bakıda yük avtomobilini təmir edən şəxs ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda bir nəfərin yük avtomobilinin təmiri zamanı kuzanın altında sıxılaraq ölməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

0.10795307159424