Bakıda kişi tikdiyi bağ evində özünü asdı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində, "Xaşa-xuna bağları" deyilən ərazidə baş verib. 34 yaşlı Cahid Sabir oğlu Məhəmmədli burada yaşayış olmayan yarımtikilidə dam örtüyündən özünü asaraq həyatına son qoyub. Həmin yarımtikilinin də onun özünə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.0711350440979