Corc Dik İsrailin müharibəni dayandırması üçün şərtlərini açıqladı - FOTO

“Hazırda HƏMAS-ın iki məqsədi var: Bütün yəhudiləri və israilliləri öldürmək, nəyin bahasına olursa-olsun, sağ qalmaq. İsrailin məqsədi isə heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əminlikdir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O, İsrailin yalnız HƏMAS silahlarını yerə qoyacağı təqdirdə müharibəni dayandıracağını vurğulayıb:

“Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir. Bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək”, - deyə diplomat sözlərini yekunlaşdırıb.

 

0.065147161483765