Biləsuvarda yük və minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi VAZ-21011 markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü və avtomobildəki sərnişinlər - Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.08607292175293