KİV: İsrail Qəzzada genişmiqyaslı əməliyyatı təxirə salıb

İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını təxirə salıb və ABŞ ilə razılaşaraq onları bir neçə məhdud əməliyyatla əvəz edib.

Məlumata görə, ən azı ilkin mərhələdə daha məhdud quru əməliyyatları keçirmək qərarı ABŞ-nin müdafiə naziri Lloyd Ostinin israilli həmkarlarına bu yaxınlarda verdiyi təkliflərə uyğun gəlir.

Bildirilir ki, İsrailin əməliyyatı ilə bağlı ilkin planlar ABŞ rəsmilərini təşvişə salıb və onlar əldə edilməsi mümkün və real görünən hərbi məqsədlərin olmamasından narahatlıqlarını dilə gətiriblər.

Mənbə: The New York Times

0.06685996055603