Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı 45 nəfərə çatdı - YENİLƏNİB

Karaqandadakı “Arselormittal Temirtau” şirkətinin Kostenko adına mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Respublika Qərargahının filial direktorunun müavini Gennadi Silinski məlumat verib.

O, bir şaxtaçının axtarışlarının davam etdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl fövqəladə vəziyyət nəticəsində 42 nəfərin öldüyü və 4 şaxtaçının axtarışları barədə məlumat verilmişdi.

Mənbə: “Xabar-24” telekanalı

13:51

Karaqandada şaxtada partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda dörd şaxtaçının axtarışları davam edir. “Təcili tibbi yardım göstərmək üçün əraziyə 21 nəfərlik tibbi personal və yeddi təcili tibbi yardım texnikası cəlb olunub. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyində və Qaraqanda vilayətinin Fövqəladə Hallar İdarəsində Respublika və regional operativ qərargahlar fəaliyyət göstərir”, - məlumatda deyilir.

Mənbə: Kazinform

13:04

Karaqandadakı “Arselormittal Temirtau” şirkətinin Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha səkkiz mədənçinin axtarışları davam edir. “Axtarış işləri mədən texnikasının sıradan çıxması ilə çətinləşib. Eləcə də bəzi yerlərdə mədən divarlarının uçması baş verib”, - melumatda deyilir.

Mənbə: TASS

10:07

Karaqandadakı “Arselormittal Temirtau” şirkətinə məxsus Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Məlumata görə, hazırda 10 şaxtaçının axtarışları davam edir.

Bildirilir ki, xilasetmə işlərinə Hərbiləşdirilmiş Fövqəladə Xilasetmə Xidmətlərinin Respublika Mərkəzi Qərargahının Qaraqanda filialının 10 bölməsi cəlb olunub.

Mədəndə yığılmış qazla bağlı vəziyyətin monitorinqi davam edir.

Mənbə: TASS

0.068558931350708