Bakı sakini Lerikdə “Kalaşnikov”la tutuldu - FOTO

Lerikdə paytaxt sakinindən “Kalaşnikov” avtomatı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

 

0.08188009262085