Avropa Şurasının baş katibi Əli Nağıyevə təşəkkür etdi - FOTO

Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

hakimiyyet.az xəbər verir ki, Buriç bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağıyevə təşəkkür edirik”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.

 

0.09500789642334