Məsud Pezeşkian: "İran nüvə silahı əldə etmək niyyətində deyil"

"İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa tərəfindən təhdid olunur, raket sahəsinin inkişafından imtinaya məcbur edilir".

hakimiyyet.az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian səlahiyyətlərinin icrasına başladıqdan sonra iranlı və xarici jurnalistlərin iştirakı ilə keçirilən ilk mətbuat konfransı zamanı deyib.

"Biz nüvə silahı əldə etməyə çalışmırıq. Amma ABŞ və Avropa bizi hədələyirlər ki, raket proqramlarını dayandıraq. Əgər bizim raketlərimiz olmasa, onlar, Qəzza zolağında olduğu kimi, bizə bomba atacaqlar", - deyə Pezeşkian bildirib.

Onun sözlərinə görə, İran heç vaxt hər hansı münaqişənin alovlanmasını istəməyib, lakin İsrail ölkə paytaxtında HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürməklə Tehranı müharibəyə sürükləməyə çalışıb.

0.060173034667969