Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Hafiz Tanrıverdiyevi avtomobil vurub.

H.Tanrıverdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

0.10010290145874