Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də saat 7 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qədir Tahir oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.10904502868652