İranda hicaba görə 50 tələbə cəzalandırıldı - FOTO

Tehrandakı universitetlərdə və ətraf küçələrdə qız tələbələrinin geyiminə nəzarət etmək üçün hicab nəzarətçiləri yerləşdirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Tehran Universitetinin 50-dən çox qız tələbəsi məcburi hicaba tam riayət etmədiklərinə görə töhmət və təhsildən uzaqlaşdırılma ilə cəzalandırılıblar.

Qeyd edək ki, tələbə fəallarının sözlərinə görə, hökumətin təhlükəsizlik tədbirlərini genişləndirməsində məqsədi qız öyrəncilərə məcburi hicabı tətbiq etmək üçün təzyiqləri artırmaqdır.

 

0.080663919448853