Fransada antisemitizm güclənir: Yəhudi əsilli qadın bıçaqlandı – FOTO

Yəhudi əsilli fransız qadın Lionda bıçaqlı hücuma məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, qapını tanımadığı şəxsə açıb və qarın boşluğundan iki bıçaq zərbəsi alıb.

Hücum edən şəxs qadının mənzilinin qapısına svastika çəkib və hadisə yerindən qaçıb.

Xatırladaq ki, Fransa polisi oktyabrın 7-dən indiyədək 887 antisemitizm aktı qeydə alıb və 442 nəfər bu əməllərə görə saxlanılıb. Halbuki, bütün 2022-ci il ərzində Fransada cəmi 436 antisemitizm hadisəsi qeydə alınıb.

Mənbə: BFMTV

0.25998783111572