Şamaxıda beynəlxalq badminton turniri keçiriləcək - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, yarış 6-8 noyabr tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.

İdmançılar beş kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

0.08268404006958