Mahir Emreli “Dinamo”nu məğlubiyyətdən xilas edib - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunda növbəti qolunu vurub.

hakimiyyet.az xəbər verir ki, 26 yaşlı hücumçu səfərdə “Varazdin”ə qarşı keçirdikləri çempionatın XIV tur matçında fərqlənib.

75-ci dəqiqədə oyuna daxil olan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib.

Bu, onun cari mövsüm “Dinamo”da beşinci qoludur.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.

0.079231023788452