Moskvanın mərkəzində silahlı insident olub, yaralılar var

Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib, dörd nəfər yaralanıb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Üç nəfərin güllə yarası aldığı qeyd edilib.

“İlkin məlumata görə, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan rəqiblərinə bir neçə dəfə atəş açıb, nəticədə dörd nəfər bədən xəsarətləri alıb. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər”, - mətbuat xidməti bildirib.

0.55660796165466