Son turda “Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb

Son turda “Neftçi”nin iki futbolçusu yubileylə yadda qalıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Filip Ozobiç Azərbaycan çempionatında 150-ci oyununu keçirib, Rəhman Hacıyev isə 30-cu qolunu vurub.

Bu, Premyer Liqanın XII turunda “Qəbələ” ilə keçirilən matça təsadüf edib. Ozobiçin hesabında ümumilikdə 51 qol var. 2016/2017 mövsümündə “Qəbələ”də debüt edən yarımmüdafiəçi “qırmızı-qaralar”da 46 (16 qol), “Qarabağ”da 95 (35 qol), “Neftçi”də isə 9 görüşdə meydana çıxıb.

“Qəbələ” ilə görüşdə ikinci qolun müəllifi olan Rəhman Hacıyev isə 30 qol həddinə 260-cı matçında çatıb. O, “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2 qola sevinib. Yarımmüdafiəçi ilk dəfə 2011/2012 mövsümündə “Bakı”nın heyətində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə məğlub edib.

0.077255964279175