Britaniyada evsizlər son sığınacaqlarından da məhrum ola bilərlər - FOTO

İngiltərədə evsizlər son sığınacaqlarından məhrum ola bilərlər.

hakimiyyet.az-ın məlumatına görə, Böyük Britaniyanın daxili işlər naziri Suella Bravermanın özünün sosial şəbəkə hesabından verdiyi bəyanatdan aydın olur. O, Nazirlər Kabinetinə evsiz insanların ictimai yerlərdə çadırlardan istifadəsinə qarşı mübarizənin qanunvericiliklə gücləndirilməsini təklif etmək niyyətində olduğunu açıqlayıb. Bravermanın sözlərinə görə, evsizlərin bu cür yaşayışı sakinlər üçün böyük narahatlıqlar yaradır.

Nazir ölkə hakimiyyətinin həqiqətən evi olmayanlara həmişə dəstək olacağını vurğulayıb, bununla belə onun sözlərinə görə, ictimai yerlərdə çadırlar olmamalıdır.

Qeyd edək ki, xeyriyyə təşkilatlarının hesabatlarına əsasən, Böyük Britaniyada yaşayış xərclərinin rekord dərəcədə artması fonunda 2022-ci ildə bir milyondan çox uşaq yoxsulluqla üzləşib. Bu, əvvəlki illərin analoji göstəricilərindən xeyli yüksəkdir.

0.070697069168091