İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Bu barədə diplomatik missiya “X” sosial şəbəkəsində paylaşım edib.
“İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, - səfirlik qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
The Embassy of Israel ???????? congratulates the people of Azerbaijan on the occasion of the State Flag Day ???????? pic.twitter.com/R4xRW7Dsoq
— Israel in Azerbaijan (@IsraelinAZ) November 9, 2023