Rusiyada balıqçının toruna PUA düşdü - VİDEO

Rusiyanın Rostov vilayətində Azov dənizinə düşən pilotsuz uçuş aparatı (PUA) balıqçının toruna ilişib.

Səhər saatlarında Port-Katon kəndinin 47 yaşlı sakini Taqanroq körfəzində balıq tutmaq istəyib. O, toru sudan çıxarmaq istədikdə orada PUA-nın olduğunu görüb. Balıqçının lentə aldığı kadrlarda suyun səthində ağ rəngdə korpusu olan PUA görünür.

PUA-nın kimə məxsus olduğu və dənizə nə zaman düşdüyü ilə bağlı dəqiq məlumat verilmir. Balıqçı tapıntı barədə polisə məlumat verdikdən sonra PUA Federal Təhlükəsizlik Xidməti tərəfindən müsadirə olunub.

Mənbə: Lenta.ru

0.070404052734375