Ermənistanın ekoloji TERRORU: Araz çayına axıdılan sənaye tullantılarının görüntüləri - FOTO/VİDEO

Ermənistan Araz çayına tərkibində kimyəvi maddələr olan sənaye tullantılarını axıdmaqda davam edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, bu görüntülər Ermənistanın Sünik vilayətində çəkilib.

Qeyd edək ki, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində Araz çayının çirkləndiyini adi gözlə belə görmək olur. Adiçəkilən ərazilərdə insanların xərçəng xəstəliyinə tutulma nisbəti xeyli yüksək səviyyədədir və çayın çirklənməsi bu xəstəliyin artmasında mühüm rol oynayır.

 

0.080058097839355