Qəzzada yerləşən xəstəxananın yanacaq ehtiyatı tam bitdi

Yanacaq ehtiyatı bitdiyindən Qəzza şəhərində yerləşən Əş-Şifa xəstəxanasında əməliyyat xidmətləri göstərilməyəcək.

Bu açıqlama ilə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

O, həmçinin əlavə edib ki, hazırda Əş-Şifa xəstəxanasında kuvez-inkubatorda 45 körpə saxlanılır.

“Lakin onlardan biri tibb mərkəzinin fəaliyyətində yaranan problemə görə həyatını itirib”, - deyə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib.

Mənbə: Reuters

0.083853960037231