Naftalanda piyadanı avtomobil vuraraq öldürüb

Naftalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Naftalan şəhərində qadın piyadanı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0.061892032623291