Bərdədə avtomobildən kişi meyiti tapıldı

Ağdam rayon sakini maşınında ölü tapılıb.

“Unikal”ın məlumatına görə, Ağdam rayon sakini 1998-ci il təvəllüdlü Mehman Arzu oğlu Qafarov Bərdə rayon Güloğlular kəndi ərazisində idarə etdiyi VAZ 2106 markalı minik avtomobilinin içərisində ölü olaraq tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. M.Qafarovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

0.18448495864868