İran prezidenti İslam ölkələrini İsraillə iqtisadi əlaqələri kəsməyə çağırıb

İran Prezidenti İbrahim Rəisi İslam ölkələrini İsraillə iqtisadi əlaqələri kəsməyə, həmçinin yəhudi dövlətinə qarşı sanksiyalar, o cümlədən neft idxalına embarqo tətbiq etməyə çağırıb.

“İslam ölkələri tərəfindən İsraillə bütün siyasi və iqtisadi əlaqələrə son qoyulması lazımdır. Bu baxımdan İsrailə ticarət embarqosu, o cümlədən neft embarqosu (İsrailə) prioritet olmalıdır”, - deyə o, Ər-Riyadda Ərəb Dövlətləri Liqası (ADL) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar birgə sammitində çıxışında bildirib.

Mənbə: TASS

0.093120098114014