Moskvada günün günorta çağında oğurluq: Avtomobildən bir milyon rubl götürüldü - VİDEO

Rusiyanın paytaxtı Moskvada hiyləgər oğru günün günorta çağında avtomobilə girərək oradan bir milyon rubl (18 500 manat) götürüb.

Oğru küçədə dayanacaqda park edilmiş bahalı avtomobili hədəf alıb, qapısını açıb, sərnişin oturacağına əyləşib və maşının içindəkiləri diqqətlə araşdırdıqdan sonra qəfildən bir milyon rubl tapıb.

Oğru pulu götürüb və hadisə yerindən qaçıb. Xoşbəxtlikdən baş verənlər təhlükəsizlik kameralarına əks olunub. Hazırda oğru axtarılır.

Moskva prokurorluğundan verilən məlumata görə, avtomobilin qapısı xüsusi texniki cihaz vasitəsilə açılıb ki, bu cihaz siqnalizasiya kodunu oxumaq imkanına malikdir.

Mənbə: KP.ru

0.072487831115723