Xanım Qafarovanın qızı: “Anamın öldüyünü dörd il məndən gizlədiblər” - VİDEO

“Anamın öldüyünü 4 il məndən gizlətdilər. Amma onun öldüyünü, əlbəttə ki, hiss edirdim. Çünki anam Türkiyədə müalicə aldığı vaxtlar onunla zəngləşirdik, xəbər tuturdum. Amma bu illər ərzində nə qədər anama zəng etsəm də, onun nömrəsinə zəng çatmır deyilirdi”. 

Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər verilişlərdən birində deyib. 

Məhrum aktrisanın qızı anası ilə bağlı xatirələrini dilə gətirib: 

“Son iki ildə anam tez-tez mənə “Səncə, mən öləcəyəm?” sualını verirdi. Düzdür, onun ağrılarını görürdüm, amma yenə də Allaha yalvarırdım ki, anam sağ qalsın. O, dünyasını dəyişəndən sonra şəkilləri ilə danışırdım. Onun adına layiq olmağa çalışırdım, dərslərimi yaxşı oxuyurdum, əla qiymətlər alırdım”. 

Qafarovanın övladı anasının itkisi ilə barışa bilmədiyini və bu səbəbdən acı çəkdiyini vurğulayıb: 

“Uşaqları anaları ilə görüb, dərdləşəndə, ailəsi ilə oturub söhbət edəndə mənə çox ağır gəlir. Adicə sinif yoldaşlarım ailələri barədə danışanda çox üzülürəm, amma bildirmirəm, gözüm dolur. Sonra gəlib evdə tək-tənha ağlayıram.

İstəmirəm nə xalam, nə də nənəm bunu görsün. Hətta onları da qoymuram ağlasınlar ki, birdən anamın ruhu üzülər. Amma özümə çox ağırdır”.

Qeyd edək ki, 2009-ci ildən bəri süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 9 il əvvəl iyulun 11-də dünyasını dəyişib.  

0.079624891281128