Sevda Sanaliyeva: “Aliment verməyən ataya kişi kimi baxmıram” - VİDEO HD

“Yoldaşımla uzun illərdir ayrılsaq da, son iki ildir ki, aliment alıram. Haradasa 8 000 manat aliment borcu yığılıb. Mən belə düşünürəm ki, ata alimenti mütləq ödəməlidir. Ödənilən aliment uşağın nəyinə bəs edir ki? Amma ata, ən azından, bunu etməlidir”.

Bu sözləri müğənni Sevda Sanəliyeva qonaq olduğu ARB TV-də deyib.

O bildirib ki, keçmiş həyat yoldaşı ayda 170 manat aliment ödəyir.

“Ataların aliment ödəməklə araları yoxdur. Boşananda elə bilirlər ki, uşaqdan da boşanırlar. Mən bir müddət çalışdım ki, uşaqlarına atalıq etsin, amma gördüm ki, alınmadı. Ona görə də alimenti tələb etdim. İstədim, tələb etdim… O da xahiş etdi ki, imkanı yoxdur”.

Müğənninin “Aliment ödəməyən kişilərə münasibətiniz necədir?” sualına verdiyi cavab birmənalı qarşılanmayıb.

“Aliment verməyən ataya mən kişi kimi baxmıram. Bu mənim şəxsi düşüncəmdir”.

0.11995100975037